Xarkovda yaşayış binasına aviazərbə endirildi: həlak olanlar var

2-03-2022, 00:01           
Xarkovda yaşayış binasına aviazərbə endirildi: həlak olanlar var
Xarkovda yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub, daha 6 nəfər yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.
Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları hava hücumu yerində axtarış-xilasetmə işləri aparır.
Bundan əvvəl Xarkovdakı Svoboda meydanına raket hücumu olub, nəticədə Xarkov Vilayət Dövlət Administrasiyasının və qonşu binaların bütün şüşələri sındırılıb. 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru