Rus qoşunları Xersona girdi - Şəhər meri Zelenskiyə müraciət etdi - VİDEO
2-03-2022, 11:28
Rusiya hərbçiləri yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra Xersona daxil olublar.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Xersonun meri İqor Kolıxayev şəhərdəki mövcud vəziyyətlə bağlı prezident Zelenskiyə müraciət edib. O bildirib ki, rus qoşunları şəhərin ətrafında hərəkət edərək onun infrastrukturunu məhv edirlər.
Mer həmçinin əlavə edib ki, hazırda Xersonda rusiyalı hərbçilər çay limanı və dəmiryol vağzalını ələ keçiriblər.
Təsdiqlənməmiş məlumata görə, şəhərdə Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub, bundan sonra orada yanğın başlayıb.