Qara dəniz üzərində Rumıniya qırıcısı və helikopteri yoxa çıxıb
3-03-2022, 08:30
Rumıniyanın Müdafiə Nazirliyi Qara dəniz üzərində bir döyüş təyyarəsi və bir helikopterin yoxa çıxması barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, saat 20:21-də (Bakı vaxtı ilə 22:21) Qara dəniz üzərində olan döyüş təyyarəsi mərkəzlə əlaqəni kəsib. Artıq 23 dəqiqədən sonra isə onun axtarışına göndərilən xilasedici helikopter də cavab verməyib.
Təyyarənin “MiQ-21 LanceR” qırıcısı və helikopterin isə “IAR 330” seriyasından olduğu qeyd edilib.
Qırıcının pilotu pis hava şəraiti barədə məlumat verib və bazaya qayıtmaq əmri alıb. Helikopterin göyərtəsində beş hərbçi olub. Ekipaj aerodromdan 11 kilometr aralıda - Qura Dobrogei çayı ərazisində radardan itib.