Süveyş kanalının administrasiyası bitərəflik elan etdi
3-03-2022, 09:08
ABŞ Süveyş kanalı administrasiyasından Rusiya gəmilərinin keçidinə qadağa tələb etməyib.
Bu barədə administrasiyanın rəhbəri Usama Rabia bildirib.
“Süveyş kanalı neytral beynəlxalq dəhlizdir, siyasətə və müharibələrə tabe deyil. Biz heç bir gəminin kanaldan keçməsini qadağan edə bilmərik”, - deyə o, “Səda əl-Balad” telekanalına bildirib.
O, ABŞ-ın Misirdən Rusiya gəmilərinin Süveyş kanalından keçməsini qadağanı xahiş edib-etmədiyi barədə sualı da cavablandırıb.