İrpeni bombalayan rus qırıcısı vuruldu

3-03-2022, 08:58           
İrpeni bombalayan rus qırıcısı vuruldu
Kiyevətrafı ərazini, İrpen şəhərini bombalayan Rusiyanın Su-25 hərbi təyyarəsi vurulub.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsapliyenko məlumat verib.

"İrpeni bombalayan düşmənin Su-25 təyyarəsi məhv edilib", - məlumatda deyilir.

Qeyd edək ki, ukraynalı müdafiəçilər Kiyev yaxınlığında rus ordusuna hücumlarını dəf etməkdə davam edirlər. Şiddətli döyüşlər bir neçə gündür davam edir, lakin rusların paytaxta girmək cəhdləri uğur qazanmır.

İrpin şəhəri əhəmiyyətli dağıntılara məruz qalıb, yaşayış infrastrukturlarına da hücumlar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru