Rusiya qoşunları Panama bayrağı altında üzən gəmini atəşə tutub
4-03-2022, 00:03
Martın 3-də Odessadan 20 mil aralıda Rusiya qoşunları Panama bayrağı altında “Helt” gəmisini atəşə tutub. Bu barədə Ukrayna Dəniz Limanları Administrasiyası məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində gəmiyə ciddi zərər dəyib və o radarlardan itib.
Gəmidən gələn sonuncu radiosiqnalda onun 79 dərəcə əyildiyi və saya oturduğu bildirlib.