Üç yaşlı qız iki yaşlı bacısını xilas etdi – VİDEO
4-03-2022, 10:19
Üç yaşlı qız hovuzda boğulan iki yaşlı bacısının köməyinə qaçaraq onu xilas edib.
İnsident Tailandın Çianq May şəhərində yaşanıb.
Üç yaşlı Kana və onun iki yaşlı bacısı Kaninq Kanuenqnit rezin üzüklərlə oynayıblar. Onların atası təmizliklə məşğul olduğu üçün bir anlıq üzünü çevirib. Uşaqların anası isə mətbəxdə yemək hazırlayıb.
Elə bu zaman Kaninq 1,2 metr dərinliyində olan hovuza sürüşür. Qızın üç yaşlı bacısı Kana isə uşaqlardan bir neçə metr aralıda cığır süpürən atasının diqqətini çəkməyə çalışır. Kişi uşağı xilas etmək üçün dərhal suya atılır və Kaninqi hovuzdan çıxarır.
Beləcə azyaşlı qızın təcili xəbərdarlığı sayəsində kiçik bacısının həyatını xilas etmək mümkün olur.