On birinci mərtəbədən yıxılan üç yaşlı uşaq sağ qaldı

4-03-2022, 11:15           
On birinci mərtəbədən yıxılan üç yaşlı uşaq sağ qaldı
Moskvanın cənubunda yaşayış binasının 11-ci mərtəbəsindəki pəncərədən yıxılan üç yaşlı uşaq sağ qalıb.

Bu barədə Moskva Prokurorluğunun “Telegram” kanalı məlumat yayıb.

“İlkin məlumata görə, martın 3-də böyüklərin nəzarətindən kənar qalan üç yaşlı uşaq Kaşirskoye şosedə yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Körpə xəstəxanaya aparılıb”, - deyə məlumatda bildirilib.

Faktla bağlı Moskva prokurorluğunda prosessual yoxlama aparılır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru