Araxamiya: “Kadırovçular Zaporojye AES-in bir neçə əməkdaşını güllələyib”
5-03-2022, 00:01
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Kadırovçular Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutub və stansiyanın bir neçə əməkdaşını öldürüblər.
KONKRET.az xəbər verir ki, bu barədə o, brifinq zamanı məlumat verib.
Araxamiya eyni hadisənin Cənubi Ukrayna AES-də də baş verə biləcəyini vurğulayıb.
Xatırladaq ki, martın 4-nə keçən gecə Rusiya qoşunları Zaporojye AES-in birinci enerji blokunu tanklardan atəşə tutub. Nəticədə ərazidə yanğın başlayıb. Səhər saat 7-də yanğın söndürülüb.
Xilasedicilərin sözlərinə görə, xoşbəxtlikdən, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.