Baş redaktor ailəsi ilə birgə qəzaya düşüb

21-11-2022, 07:58           
Baş redaktor ailəsi ilə birgə qəzaya düşüb
Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub. AYNA APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru