Bakıda qardaş və bacıya silahlı hücum olub - Bacısını aparmaq istədilər...
2-06-2016, 12:36
Bakıda silahlı hücum olub.
APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada kalena” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib. Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.