Cütlük 5 yaşlı övladlarının ritual qətlini planlaşdırdı - DƏHŞƏT

1-01-2024, 16:34           
Cütlük 5 yaşlı övladlarının ritual qətlini planlaşdırdı - DƏHŞƏT
Fransız cütlük Saxarada 5yaşlı övladlarının ritual qətlini planlaşdırıb

İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları beş yaşlı övladlarını Saxara səhrasında ritual qətl törətmək üçün ölkədən çıxarmağa cəhd edən fransız cütlüyü həbs edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Guardia Civil” nəşri məlumat yayıb.

Bildirilir ki, cütlük ruhi xəstəlikdən əziyyət çəkirmiş və övladının zəlil olduğuna inandıqları üçün öldürməyi planlaşdırıblar. Onlara qarşı həbs qərarı çıxarılıb.

Mülki Qvardiya zabitləri cütlüyü Alhesiras limanında (Kadis əyaləti) Mərakeşin Tanjer şəhərinə gedən maşınla bərəyə minmək istəyərkən yaxalaya bilib.

Uşağın səhhətinin yaxşı olduğu və yetkinlik yaşına çatmayanların qəbulu mərkəzinə köçürüldüyü bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru