Tunelləri su basdı: 30 min sərnişin qapalı qaldı

1-01-2024, 11:38           
Tunelləri su basdı: 30 min sərnişin qapalı qaldı
İngiltərədə Temza çayının altındakı dəmir yolu tunelində baş verən daşqın nəticəsində qatarların hərəkəti dayandırılıb.

Publika.az xəbər verir ki, adanın cənubundakı Ebbsfleet və Londondakı Saint Pancras beynəlxalq qatar stansiyaları arasındakı hissədə ən azı 43 qatar reysləri ləğv olunub.

Təzyiq xüsusilə İngiltərəni Kontinental Avropaya birləşdirən xətlərə təsir edib və bu səbəbdən də Yeni il şənlikləri üçün Fransa başda olmaqla digər Avropa ölkələrinə getmək istəyən təxminən 30 min sərnişin stansiyalarda qapalı qalıb.

Ölkədə yüksək sürətli qatar xidməti göstərən “Eurostar” şirkəti verdiyi açıqlamada səlahiyyətlilərin problemi həll etmək üçün səylərini davam etdirdiyini bildirsə də, bu müddət ərzində ləğv edilən reyslərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Şirkət Londondan Paris, Brüssel və Amsterdama bilet alan sərnişinlərin pulu geri ala və ya tarixi dəyişdirə biləcəklərini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru