Müxalifət liderinə hücum edib, boğazına bıçaq sapladılar: Cənubi Koreyadan dəhşətli görüntülər - VİDEO 2-01-2024, 11:17 Koreya Respublikasının əsas müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myon Busana səfəri zamanı hücuma məruz qalıb.Bununla bağlı yayılan kadrlardan görünür ki, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq xəsarəti yetirir.Li Çje Myon hadisədən 20 dəqiqə sonra xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Facebook-da paylaş