Təyyarələrin toqquşması nəticəsində 17 sərnişin xəsarət alıb, 5 nəfər ölüb - VİDEO (Yenilənib)

2-01-2024, 21:28           
Təyyarələrin toqquşması nəticəsində 17 sərnişin xəsarət alıb, 5 nəfər ölüb - VİDEO (Yenilənib)
“Japan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb.

APA xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Bildirilib ki, yanğının söndürülməsi məqsədilə əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib. Qeyd olunub ki, qəzaya uğrayan Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin 6 ekipaj üzvündən 5-i həlak olub, hava gəmisinin kapitanı isə ağır xəsarət alsa da təyyarəni tərk edə bilib.

Məlumata görə, Sahil Mühafizə Xidmətinə məxsus təyyarə hadisə zamanı Niiqata prefekturasında zəlzələ qurbanlarına yardım üçün uçmalı idi. Qəza səbəbilə Haneda hava limanında uçuşların çoxunun ləğv edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru