Rusiyada 8 və 10 yaşlı qardaşlar 82 yaşlı babaya hücum ediblər - VİDEO
3-01-2024, 15:13
Krasnodarda azyaşlı xuliqanlar 82 yaşlı babaya hücum ediblər.
Zərərçəkənin yaxınları bildiriblər ki, uşaqlar təqaüdçünün başına çubuqla vurub, onu təqib edib, sonra isə şüşə atıblar.
Polis hücum edənlərin 8 və 10 yaşlı qardaşlar olduğunu müəyyən edib. Onlar öz əməllərinin səbəbini izah edə bilməyiblər. Uşaqların əvvəllər polisdə qeydiyyatdan keçmədikləri bildirilib.