Rusiyada sərxoş ata bir yaşlı qızını beşinci mərtəbədən atdı

5-01-2024, 00:04           
Rusiyada sərxoş ata bir yaşlı qızını beşinci mərtəbədən atdı
Rusiyanın Yekaterinburq şəhərində sərxoş halda olan 30 yaşlı kişi arvadı ilə mübahisə edib və azyaşlı qızını beşinci mərtəbənin pəncərəsindən atıb.

Bir yaşlı qızcığaz dörd gün qarın altında qalıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Cütlük dekabrın 30-da mübahisə edib, uşaq Posadskaya küçəsindəki evin yaxınlığında, şaxtalı havada qar topasının altında qalıb və valideynlər onu unudublar. Qızcığaz yalnız yanvarın 3-də tapılıb.

Uşağın atası dərhal polis tərəfindən saxlanılıb.
Məlum olub ki, o, əvvəllər quldurluq, oğurluq və dələduzluq üzrə məhkum edilib. İndi isə ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb və 20 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: “SHOT” “Telegram”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.