Hurriyyet.az xəbər verir ki, Livandakı "Hizbullah" hərəkatının yüksək rütbəli səhra komandirlərindən biri İsrail ordusunun aviazərbəsi nəticəsində həlak olub. Bu barədə məlumatı "Röyters" agentliyi yayıb. Visam (Cavad) əl Tavil "Radvan" elit xüsusi təyinatlılarının rəhbərliyində ikinci şəxs imiş və ötən həftəsonu "Hizbullah"ın İsrailin Mirondakı aviabazasına hücuma cavabdeh olub.