Məşhur idmançını sevgilisi öldürübmüş - Silahı başına dirəyib və…

9-01-2024, 09:25           
Məşhur idmançını sevgilisi öldürübmüş -
Fransanın məşhur reqbiçilərindən olan Benjamin Arnaunenin ölümü ilə bağlı aparılan istintaqda detallar bəlli olub.

Publika.az xəbər verir ki, sevgilisi qətli törətdiyini etiraf edib. Ötən həftə Fransanı sarsıdan hadisədə 33 yaşlı reqbiçinin evində baş verən yanğında öldüyü açıqlanmışdı.

Amma həqiqət üzə çıxdı. Şübhəli şəxs qismində saxlanılan Arnaunenin sevgilisi Tatyana B. qətli törətdiyini etiraf edib.

Fransız səlahiyyətliləri evin yandırıldığını düşünüblər və şübhələrin doğru olduğu üzə çıxıb.

Arnaunenin sevgilisi Tatyanadan yanğından sonra yoxa çıxıb. Bu, şübhələrin onun üzərində cəmlənməsinə səbəb olub. Polis Tatyananı tapıb və o, dindirilərkən qətl törətdiyini etiraf edib.

İddialara görə, cütlük son vaxtlar problemlər yaşayıb. Onlar münasibəti dayandırmaq qərarına gəliblər. Lakin Tatyanın bunu qəbul etmədiyi öyrənilib.

“Le Parisien” qəzeti hadisə ilə bağlı polis hesabatını əldə edib. Məlumatda qeyd olunur ki, Tatyana ayrıldığı üçün həddindən artıq əsəbiləşib və Benjamin yatarkən tüfəngin lüləsini məşhur idmançının başına dirəyib.

Tatyana ifadəsində silahı əslində intihar etmək üçün aldığını, lakin ondan necə istifadə edəcəyini bilmədiyini və Benjamini səhvən vurduğunu iddia edib. Panikaya düşən qadın benzin tökərək evi yandırıb. Sonra öz həyatına son qoymaq istəyib, amma bacarmayıb və qaçıb. Tatyana açıqlamasında baş verənlərdən “peşman olduğunu” da bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.