Rusiyanın Kuybışev və Samaradakı neft zavodlarına PUA zərbələri endirilib

23-03-2024, 12:54           
Rusiyanın Kuybışev və Samaradakı neft zavodlarına PUA zərbələri endirilib
PUA-lar Rusiyanın Kuybışev neft emalı zavoduna hücum edib və Samara vilayətindəki Novokuybışev neft emalı zavoduna zərbə endirməyə cəhd edib.

Azpost.info bildirir ki, bu barədə regionun qubernatoru Dmitri Azarov jurnalistlərə bildirib.

İnsident nəticəsində ölən və xəsarət alan olmayıb.

“Bu gecə bölgədəki neft emalı zavodlarına PUA hücumları olub. Nəticədə Kuybışev Neft Emalı Zavodunda ilkin neft emalı kolonnası yanıb. Ölən və xəsarət alan yoxdur. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir, operativ qərargah yaradılıb. Novokuybışevski neft emalı zavodunda hücum cəhdi dəf edilib”, – qubernator bildirib.

Azarovun sözlərinə görə, Samara vilayətindəki Novokuybışevski neft emalı zavoduna PUA-nın hücumuna cəhd nəticəsində texnoloji avadanlıqlara ziyan dəyməyib. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru