Safura Balacayeva vəhşicəsinə qətlə yetirildi

24-03-2024, 00:14           
Safura Balacayeva vəhşicəsinə qətlə yetirildi
Martın 21-də Xaçmaz rayon sakini 66 yaşlı Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Referans.az bildirir ki, Rayon Prokurorluğundan verilən xəbərə görə, Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmazda evdən qadın meyiti tapılması barədə xəbər vermişdik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru