Yəmən sahillərində raketlə vurulan tanker alovlanıb

25-03-2024, 10:30           
Yəmən sahillərində raketlə vurulan tanker alovlanıb
Qırmızı dənizin Yəmən sahillərində Panama bayraqlı xam neft tankeri naməlum raketlə vurulduqdan sonra alovlanıb.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey bildirib ki, insident Qırmızı dənizin Əl Mükha limanından 23 dəniz mili şimal-qərbdə baş verib.

Böyük Britaniyanın Dəniz Ticarət İdarəsi (UKMTO) da hadisə barədə məlumat verərək yanğının ekipaj tərəfindən söndürüldüyünü bildirib.

“Gəmi və ekipaj təhlükəsizdir. Gəmi növbəti zəng limanına davam edir”, UKMTO əlavə edib. Ambreyin sözlərinə görə, tanker 2019-cu ildə Britaniyanın Union Maritime Ltd şirkətində qeydiyyatdan keçib və keçən ay adı və operatoru daxil olmaqla, qeydiyyat məlumatlarını dəyişib.

"Tanker kursunu dəyişərək, Hindistanın Nyu Manqalor şəhərinə yoluna davam etdrib", Ambrey deyib.

Yəmənin husi yaraqlılarının Qırmızı dənizdəki hücumları qlobal gəmiçiliyi şirkətləri Cənubi Afrika ətrafında daha uzun və daha bahalı marşrutlara keçməyə məcbur edib.

Husilər deyir ki, onların hücumları Qəzzadakı fələstinlilərlə həmrəylik nümayişidir və İsrail müharibəni bitirənə və anklavdan çəkilənə qədər dayanmayacağına söz verib.

Birləşmiş Ştatlar və Britaniya bundan əvvəl Yəməndəki husi hədəflərinə bir sıra zərbələr endirib və qruplaşmanı yenidən terrorçu qruplaşmalar siyahısına salıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.