Bakıda sevgi dramı: anasına məktub yazıb intihar etdi
24-09-2016, 09:21
Dünən Sabunçu qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. teref.az-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Sultanov Yusif İlqar oğlunun özünü öldürməsindən ilk olaraq anası xəbər tutub. Dünən axşam saatlarında işdən evə qayıdan qadın 22 yaşlı oğlunun özünü asdığını görüb və şok keçirib. İlkin araşdırmalar zamanı 22 yaşlı Yusifin məktubu tapılıb. O, məktubunda anasından halallıq istəyib: “Bu gün mənsiz yatın, bundan sonra saat yoxdur…”. Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Yusif Sultanov xeyli vaxtmış bir qızı sevirmiş. Lakin qızın yaxınları bu izdivaca qarşı çıxıb və onların qovuşmasına imkan verməyib. Qeyd edək ki, intihar edən gəncin anası və atası uzun müddət əvvəl boşanıb və o, anası ilə yaşayırmış.