Məktəbdə 1-ci sinif şagirdi döyüldü – Qadınlar əlbəyaxa oldu

30-09-2016, 11:14           

Dünən orta məktəblərin birində qadınlar arasında dava olub.
Hadisə Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbin inzibati binasında baş verib. Məktəbdə nəzartçisi işləyən qadınla şagirdin anası əlbəyaxa olub.
Hər iki qadının xəsarət aldığı qeyd olunur.

Məktəbin işçisi tərəfindən döyüldüyünü iddia edən Ağamalıyeva Ramella hadisənin necə baş verdiyini bizə danışıb.

“ Qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilan məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itilədi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu mənim acığıma gəldi.Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm.Özümə də xəsarətlər yetirib.”

Mübahisənin baş verdiyi 51 saylı orta məktəbin direktor müavini ilə əlaqə saxladıq. Kifayət müəllimənin sözlərinə görə, hadisə onların məktəbinin inzibati binasında baş versə də, bunun 51 saylı orta məktəbə aidiyyatı yoxdur. Çünki, 10 saylı Zəngilən məktəbinin bəzi sinifləri onların məktəbinin binasında dərs keçir. Mübahisə edənlər də məhz o məktəbin şagirdinin valideyni olub.Direktor müavininin sözlərinə görə, valideyn məktəbin işçisinə ciddi xəsarət yetirib.Artıq bununla bağlı həkimin rəyi də alınıb. (femida.az )












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.