İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib

2-12-2024, 15:19           
İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya səmasında İrandan gələn təyyarəni istiqamətini dəyişməyə məcbur edib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, insident dekabrın 1-nə keçən gecə Suriya səmasında baş verib. İddiaya görə, İsrail tərəfi İrandan uçan təyyarənin göyərtəsində Livanın "Hizbullah" təşkilatının birləşmələri üçün nəzərdə tutulmuş silahların olmasından şübhələnib.

Məlumata görə, bununla bağlı İsrail qırıcıları təyyarəyə yaxınlaşaraq ona dönmə əmri verib. Təyyarənin heyəti qısa zamanda bu göstərişə əməl edib.

Bildirilir ki, bundan əvvəl də İsrail hərbçiləri göyərtəsində "Hizbullah" üçün hərbi yüklərin olmasından şübhələnərək İran təyyarələrini geri dönməyə vadar edib. Son aylarda həm Suriya səmasında, həm də İraqın hava məkanında oxşar hadisələrin baş verdiyi iddia edilir.

İsrail ordusu bu iddiaları şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru