Keçmiş telekanal rəhbərinin oğlu faciəvi şəkildə öldü - FOTO 18-08-2017, 20:40 Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.Missiya.Az xəbər verir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. Facebook-da paylaş