Yol polisi əməkdaşı avtomobili dərəyə aşıraraq ölüb - Qəbələdə

21-08-2017, 13:49           
Yol polisi əməkdaşı avtomobili dərəyə aşıraraq ölüb - Qəbələdə
Qəbələ rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayonunun Dəhnə Xəlil kənd sakini, 1991-ci il təvəllüdlü Manafov İslam Nəriman oğlu 03-BJ-363 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəbələ rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı olan çavuş İslam Manafov hadisə zamanı ağır bədən xəsarətləri alıb. O, Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru