Rusiyanın ofşorlardakı pulu 62 trilyona çatdı - KİV
25-08-2017, 09:28
Rusiya şirkətlərinin ofşorlardakı kapitalı 62 trilyon rubla çatıb.
Axar.az xəbər verir ki, bu barədə iddia “Novaya qazeta”da əksini tapıb.
“Bu göstərici ölkənin ümumdaxili məhsulunun 72%-ni təşkil edir. Bu rəqəmlər həmçinin ölkənin qızıl-valyuta ehtiyatlarından iki dəfə çoxdur. Rusiyanın varlı insanları Panama, Kipr və digər ofşor zonalarında hazırda ölkə əhalisində olan pul qədər maliyyə vəsaiti saxlayırlar”, – deyə məqalədə bildirilib.