Cəlilabadda ər arvadını qətlə yetirib – FOTO

27-08-2017, 09:06           
Cəlilabadda ər arvadını qətlə yetirib – FOTO
Cəlilabadda ər arvadını dəmir alətlə qətlə yetirib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 43 yaşlı İsmayıl Əliağa oğlu İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İ.İsmayılov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru