ABŞ silahlı qüvvələrinin Fort-Stüart şəhərində (Corciya ştatı) yerləşən hərbi bazasında atışma olub. “Report” TASS-a istinadən xəbər verir ki, silahlı insidenti bir qadın törədib. Bildirilir ki, o, hərbi polis tərəfindən saxlanılıb. İnsident nəticəsində zərər çəkən olmayıb. Qadına qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.