Mustafa Topçubaşovun qızı vəfat etdi

24-10-2017, 11:01           

Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşova vəfat edib.
Z.Topçubaşova 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2002-ci ildə imzaladığı fərmana əsasən, Topçubaşova Zemfira Mustafa qızı Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb. O, sovet cərrahı, Azərbaycan SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71) Mustafa Topçubaşovun və Azərbaycanın ilk qadın rəssamı, SSRİ-nin əməkdar incəsənət xadimi Reyhan Topçubaşovanın qızıdır.
Allah rəhmət eləsin! (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru