"Məni bura "qanuni oğrular" göndərib" - Azərbaycanlı avtoritet həbs olundu - VİDEO

24-10-2017, 17:53           

Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı “Malış krıtnıy” ləqəbli azərbaycanlı kriminal aləminin üzvü saxlanılıb.

Yenicag.az xəbər verir ki, Gəncədən olan Elçin adlı şəxslə bərabər daha bir gürcü vətəndaşı həbs olunub. Gürcüstanın daxili işlər nazirliyinin məlumatına görə, saxlanılan cinayətkarlar B.M. adlı şəxsi ölümlə hədələyərək ondan iki min dollar məbləğində pul tələb etməkdə günahlandırılırlar.

Lentə alınan gizli çəkilişdə, azərbaycanlı avtoritet özünü “Malış krıtnıy” kimi təqdim edir. Saxlanılan şəxs qeyd edir ki, onu Gürcüstana “qanuni oğrular” göndərib, həmin pul da onlara çatacaqdı.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru