Komitə sədri əmr verdi; - Tikinti ilə bağlı yeni qurum yaradıldı

5-08-2015, 21:07           
Komitə sədri əmr verdi; - Tikinti ilə bağlı yeni qurum yaradıldı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə "Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.

Mia.az-ın Komitənin saytına istinadən məlumatına görə, Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, standartlaşdırma üzrə beynəlxalq təşkilatların TK-larının işində iştirak, o cümlədən milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsi məqsədilə, standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması və beynəlxalq, dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib. Məlumat üçün bildirək ki, Texniki Komitə - milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarların və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.