Ana 11 yaşlı şikəst oğlunu boğaraq öldürdü - DƏHŞƏT

23-11-2017, 08:00           

Ana şikəst uşağını boğaraq öldürüb.

GoldNews.Az xəbər verir ki, Sakaryanın Karasu rayonunda yerləşən mənzilin zirzəmi qatında yaşayan ana N.K. hələ də bilinməyən bir səbəbdən dolayı əsəb sisteminin pozulması nəticəsində şikəst olduğu öyrənilən 11 yaşlı oğlu T.K.-yı boğub. Baş verən hadisədən sonra polisə zəng gedən ana "İndi oğlum evdə öldü" deyərək təslim olub.

Bədbəxt uşaq hadisə yerinə gələn təcili yardımla Karasu Dövlət Xəstəxanasına qaldırılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, 11 yaşlı T.K. həyatını itirib. Acı xəbəri alan ata isə huşunu itirib. Nəzarətə alınan N.K.ədliyyəyə sövq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru