"Gucci"nin Milan və Florensiyadakı ofislərində axtarış aparılıb
5-12-2017, 08:04
İtaliya polisi vergidən yayınma işi ilə əlaqədar istintaq çərçivəsində "Gucci" firmasının Milan və Florensiya şəhərlərində yerləşən ofislərində axtarış aparıb. “Report” xəbər verir ki, şirkət İtaliyada qazanılmış gəlirin vergisini İsveçrə şöbəsi vasitəsi ilə ödəməklə 1,3 milyard avronu gizlətməkdə şübhəli bilinir. Şirkət nümayəndələrinin sözlərinə görə, onlar istintaqla əməkdaşlıq edirlər.