Suriya Hava Hücumundan Müdafiə sistemləri üç İsrail raketini ələ keçirib
5-12-2017, 08:14
İsrail Dəməşqin ətrafında yerləşən hərbi obyektlərə raket zərbəsi endirməyə cəhd göstərib. “Report” xəbər verir ki, ilkin məlumata görə, raketlər Suriya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən ələ keçirilib. Şahidlərin sözlərinə görə, Dəməşqin qərb ətrafı Camrayda üç güclü partlayış baş verib. Sözügedən ərazidən havaya qatı duman qalxdığı bildirilir. Bundan əvvəl Suriyadan atılmış mərmi İsrailin nəzarəti altında olan Colan təpələri ərazisində partlayıb.