Nyu-Yorkda 709 karatlıq brilyant 6,5 mln. dollara satılıb
5-12-2017, 08:15
Nyu-Yorkda 709 karatlıq brilyant 6,5 mln. dollara satılıb. "Report" "Africa News" nəşrinə istinadən xəbər verir ki, qiymətli daş keşiş Emmanuel Momox tərəfindən Syerra-Leonedə tapılıb. O, həcminə görə Syerra-Leonedə ən böyük, dünyada isə 14-cü olub.