"Moyka"da maşın yuyan məcburi köçkünü tok vurub öldürdü

5-12-2017, 08:34           

Elburus Əliyev avtomobil yuyarkən onu elektrik cərəyanı vurub
Naftalan şəhərində avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb. teref.az"Report"a istinadən xəbər verir ki, Xocalı rayonundan olan məcburi köçkün, 1957-ci il təvəllüdlü Elburus İslam oğlu Əliyev avtomobil yuyarkən onu elektrik cərəyanı vurub. Nəticədə E.Əliyev hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya yerləşdirilib. İlkin məlumata görə, hadisə avtoyuma məntəqəsində olan maşınyuyan aparatın nasaz olması səbəbi ilə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.