OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib

5-12-2017, 11:47           
OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib
OPEC ölkələrinin noyabr ayında neft hasilatı 0,3 mln. barel/gün və ya 0,9% azalaraq 32,48 mln. barel/günə geriləyib. "Report" xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin araşdırmalarına əsasən verilib.
Araşdırmada bildirilir ki, göstərici Anqola, İraq, Nigeriya və Venesuelada hasilatın geriləməsi səbəbindən azalıb: "OPEC-in noyabr ayında hasilat həcmi OPEC+ anlaşmasında etalon kimi qəbul edilən 2016-cı ilin oktyabr səviyyəsi ilə müqayisədə 1,298 mln. barel/gün aşağı olub. Həmçinin, noyabrda hasilat həcmi OPEC+ anlaşması üzvlərinin qəbul etdiyi öhdəlikdən də 134 min barel/gün az olub. Bununla da, noyabr anlaşması üzrə öhdəliyə 112% əməl edilib. Qeyd edək ki, oktyabr ayında bu göstərici 92% təşkil edib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.