Azərbaycanda lombarda silahlı hücum

6-12-2017, 20:37           
Azərbaycanda lombarda silahlı hücum
Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.

Oxu.Az-ın məlumatına görə, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı – 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.

Polisin həyat keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində lombarda basqın edən şəxs saxlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs Salyan şəhər sakinidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru