Ər öz arvadını və 4 qızını öldürüb həyətdə basdırdı - Salyanda dəhşət

7-12-2017, 10:21           
Ər öz arvadını və 4 qızını öldürüb həyətdə basdırdı - Salyanda dəhşət
Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru