Bir ay əvvəl qəzada xəsarət alan Lənkəran sakini xəstəxanada qanaxmadan ölüb

7-12-2017, 10:55           
Bir ay əvvəl qəzada xəsarət alan Lənkəran sakini xəstəxanada qanaxmadan ölüb
Bir ay əvvəl avtoqəza nəticəsində xəsarət alan Lənkəran sakini xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon Türkəkəran kənd sakini, 41 yaşlı Əzizov Nadir Əyyub oğlu həkimlərin səyinə baxmayaraq, bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçinib.
Belə ki, xəstə bir müddət Bakıda müalicə alsa da, noyabrın 22-də yenidən Lənkərana gətirilib. Müalicəsi burada davam etdirilib.
Xəstəxanadan verilən məlumata görə, N.Əzizov mədə-bağırsaq qanaxmasından ölüb. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Xatırladaq ki, N.Əzizovun xəsarət aldığı avtoqəza bu il noyabrın 12-də Astara rayonunun Ərcivan qəsəbəsində yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb. Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, daha 5 nəfər xəsarət almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru