Biləsuvarda kütləvi dava: Polislər xəsarət aldı

8-12-2017, 00:06           
Biləsuvarda kütləvi dava: Polislər xəsarət aldı
Biləsuvar rayonunda kütləvi dava baş verib.

teref.az-nun xəbərinə görə, hadisə şahidləri Report-a bildiriblər ki, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri - 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsinin məlumatına əsasən isə, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru