Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib
8-12-2017, 09:31
Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.
Qeyd edək ki, Maykl Pens dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.