Hərəkət edən mafədən yola düşən xərək səs-küyə səbəb olub (Video)

8-12-2017, 09:50           

Yeni Zelandiyanın Oklend şəhərində hərəkət edən mafədən üzərində qara kisə olan xərək yerə düşərək, müstəqil şəkildə yoluna davam edib. Baş verənlər yaxınlıqdakı sürücülərdən birinin registratoru vasitəsi ilə qeydə alınıb.

Hadisə dəfn agentliyinin əməkdaşının yük yerini yaxşı bağlamaması səbəbindən baş verib. Mafənin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq, xərəyi tapıb geri-avtomobilin içərisinə salıb.

İnsidentin şahidləri mafədən düşən xərəkdə meyit olduğunu guman ediblər. Lakin yerli dəfn bürosundan bildiriblər ki, mafədə cəsəd olmayıb.
[media=https://www.youtube.com/watch?v=bpXvGiZe9do]
/avtoreyd.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru