Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib. Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub. Olsenlə bərabər, onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Error da saxlanılıb. Məhkəmə “Lafarge”ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham edib. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanıb. Üstəlik, “Lafarge”nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilib. Qeyd edək ki, Olsen 2007-2015-ci illərdə “Lafarge”nin rəhbəri olub. “Lafarge” 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var.