Meksikada 7 nəfər qətlə yetirilib

9-12-2017, 08:16           
Meksikada 7 nəfər qətlə yetirilib
Meksikanın paytaxtında iki gün ərzində yeddi nəfər hücumların qurbanı olub.
"Report"un məlumatına görə, bu barədə "Universal" nəşri bildirib.
Nəşrin məlumatına görə, daha bir neçə nəfər də yanğınlar və soyğunçuluqlar nəticəsində yaralanıb.
Qeyd edilir ki, polis cəsədlərdən birində "Union de Tepito" cinayətkar qrupunun kartını aşkar edib. Daha iki cəsəd küçədə, motosikletin, bir nəfər isə bankomatın yanında tapılıb. Pueblodan Mexiko aeroportuna gedən yolda, avtomobilin üç sərnişini öldürülüb.
Bundan başqa, nəşrin xəbərinə görə, taksi şoferi də qətlə yetirilib.
Hakimiyyət orqanları qətllərin arxasında cinayətkar qrupun üzvlərinin dayanıb-dayanmadığını araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru