ABŞ-ın hakimiyyət orqanları meşə yanğınlarının tələfata səbəb olduğunu xəbər veriblər

9-12-2017, 08:21           
ABŞ-ın hakimiyyət orqanları meşə yanğınlarının tələfata səbəb olduğunu xəbər veriblər
ABŞ-ın hakimiyyət orqanları Kaliforniyadakı meşə yanğınlarının ilk tələfatı barədə xəbər veriblər.
"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.
Qeyd edilir ki, 70 yaşlı Virciniya Pesola başından aldığı zərbə, tüstüdən zəhərlənmə və yanıq xəsarəti ilə ölüb. Ştatın cənubunda təxliyyə elan edildikdə o, sükan arxasına əyləşib və yol qəzasına düşüb.
"Ölüm təxliyyə zamanı baş vermiş yol qəzası ilə bağlıdır", - deyə həkim bildirib.
Kaliforniyada dekabrın 4-dən meşə yanğınları tüğyan edir. Quru və küləkli hava alovun sürətlə yayılmasına imkan yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru