İranda qar uçqunu: 9 alpinist həlak oldu FOTO

10-12-2017, 19:51           

İki gün əvvəl İranın Loristan əyalətinin Oşterankuh yaşayış məntəqəsində baş verən qar uçqunu nəticəsində ölən aipinistlərin sayı 9 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Loristan əyalətinin Qızıl Aypara Cəmiyyətinin əməliyyata nəzarət bölməsinin məsulu Əli Əziz Əmrai jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, iki gün axtarışdan sonra uçqunda ölənlərdən 8-nin meyiti tapılıb:

“İtkin düşmüş alpinist Əli Hüseyninin meyitini tapmaq üçün axtarış əməliyyatı davam edir. Həmçinin, alpinist qrupundan 6 nəfər özlərini sığınacağa çatdırdığı üçün sağ qalıb. Xilasedici qüvvələr və bölgəyə cəlb edilmiş iki helikopter sübh saatlarında həmin şəxslərə yardım göstərərək onları Qızıl Aypara Cəmiyyətinin Əbazər qərargahına köçürüblər”.

Qeyd edək ki, 2-i qadın olmaqla 14 alpinist Əliqudərz sakini olan bələdçi Əmanullah Cokar ilə birlikdə dekabrın 7-də İranın Məşhəd şəhərindən Loristan əyalətinin Oşterankuh məntəqəsinə yola düşüblər. Onlar Zaqros dağının qüllələrindən biri sayılan və yüksəkliyi 3850 metr olan “Kul Cünun” qülləsini fəth etdikdən sonra geri dönərkən güclü qar-boran və fırtına ilə üzləşiblər. Az sonra baş verən qar uçqunu nəticəsində alpinistlərdən 9-u (Əlirza Ameri, Murtuza Qulampur, Turab Məcidzadə, Nasir Əkbəri, Məhşid Canməhəmmədi, Əkrəm Həqqani, Əli Qasımzadə, Əli Hüseyni və bələdçi Əmanullah Cokar) hündürlüyü iki metr olan qarın altına qalıb. Altı alpinist isə sığınacaqda qaldığı üçün ölümdən xilas ola bilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru