Ermənistan ordusunda 11 ayda 58 hərbi qulluqçu ölüb - CƏDVƏL

11-12-2017, 11:44           

2017-ci ilin yanvar ayından 30 noyabr tarixinədək Ermənistan və işğal edilmiş Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrinin tərkibində 58 ölüm hadisəsi baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci ilin noyabr ayı ərzində 6 ölüm hadisəsi qeydə alınıb. Ermənistan rəsmi orqanları baş verən ölüm hadisələrinin hamısını qeyri-döyüş itkiləri kimi təqdim edir. 3 hərbi qulluqçunun isə müxtəlif şəraitdə yaralandığı bildirilir.

Qeyri döyüş itkiləri:

- 4 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində tank əleyhinə minanın partlaması nəticəsində 1997-ci il təvəllüdlü Hrant Xaçaturi Manqasaryan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1995-ci il təvəllüdlü leytenant Qeğam Koryuni Zakaryan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1998-ci il təvəllüdlü Sarkis Qurqeni Abrahamyan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrədən birində mina partlaması nəticəsində 1997-ci il təvəllüdlü Sarkis Mheri Məlikyan ölüb;

- 22 noyabrda Sünik vilayəti ərazisində avtomobil qəzası nəticəsində 1993-cü il təvəllüdlü Tatul Tadevosyan ölüb;

- 24 noyabrda Vanadzor ərazisindəki hərbi birləşmələrədən birində qəfl ürək tutması nəticəsində 1981-ci il təvəllüdlü Qarnik Petrosyan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru